Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Giresun °C

London Kral Kollecində Xocalı soyqırımı ilə bağlı konfrans təşkil edilib

London Kral Kollecində Xocalı soyqırımı ilə bağlı konfrans təşkil edilib
REKLAM ALANI
28.02.2023
A+
A-

 

 

 

London Kral Kollecində Xocalı soyqırımı ilə bağlı konfrans təşkil edilib
27 fevral, 2023
London Kral Kollecində Xocalı soyqırımı ilə bağlı konfrans təşkil edilib

London şəhərində yerləşən Kral Kollecində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar konfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Britaniya Azərbaycanlıları Cəmiyyətinin və London universitetlərində təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı ilə baş tutan konfransda Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinin əməkdaşları, Qarabağ məktəbinin müəllim və şagirdləri, İngiltərə, Yunanıstan, Gürcüstan, Türkiyə və bir sıra digər ölkələrdən olan müəllim-tələbə heyəti iştirak edib.

Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniya və Şimalı İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov və başqaları bəşəriyyətin vicdanlı kəsimini şoka salan bu faciədən, bir sıra ölkələr tərəfindən tanınmış Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin və bu dəhşətli cinayəti törədənlərin öz layiqli cəzalarını almasının önəmindən danışıblar.

Kollecin tələbələri Mirkazım Seyidzadə və Məhin Babayevanın təşkilatçılığı ilə baş tutan konfransda Britaniyada yaşayan antropoloq Prof. Tamara Dragadze, London Azərbaycan Evinin rəhbəri Dr. Ali Təkin Atalar, Gürcüstanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşı Mariam Khokerashvili, London Kral Kollecinin tələbəsi Kənan Quluzadə, Ukraynadan qaçqın düşmüş azərbaycanlı tələbə Leyla Əsgərova çıxış edib, Cənubi Qafqaz bölgəsində sülh və sabitliyə nail olmağın yolları və regional inkişaf barəsində müzakirələr aparılıb.

Sonra Xocalıdan olan Əfsanə adlı qızın hekayəsi təqdim edilib, “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin müəllim və tələbələrinin ifasında klassik musiqi parçaları, məktəb xorunun ifasında isə “Əsgər marşı” səsləndirilib.

Tədbirdə Böyük Britaniyada fəaliyyət göstərən Qarabağ məktəbinin şagirdləri və müəllimləri, eləcə də xarici ölkələrdən Britaniyaya oxumağa gəlmiş tələbələr iştirak ediblər.

Tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında kitablar, broşürlər, nişanlar və “Sonsuz dəhliz” filminin diskləri paylanıb.

Qeyd edək ki, Xocalı soyqırımının 31-cü ildönümü ərəfəsində Britaniya Azərbaycanlıları Cəmiyyətinin üzvləri məktub kampaniyasına start veriblər. Birləşmiş Krallığın bir sıra dövlət və hökumət nümayəndələrinə ünvanlanan məktublarda erməni silahlılarının Xocalıda törətdikləri vəhşiliklər, faciənin soyqırımı kimi tanınması və cinayətkarların ədalət mühakiməsinə çıxarılmasının vacibliyi xüsusilə nəzərə çatdırılıb.

Play

01:05
02:39
Mute

 

 

 

Settings
Enter fullscreen

Play
FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/london-kral-kollecinde-xocali-soyqirimi-ile-bagli-konfrans-teskil-edilib-2451

 

 

REKLAM ALANI