Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Giresun °C

Xarici işlər naziri Ceyhun Bayramovun Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Davor Filipoviç ilə görüşünə dair mətbuat məlumatı

Xarici işlər naziri Ceyhun Bayramovun Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Davor Filipoviç ilə görüşünə dair mətbuat məlumatı
REKLAM ALANI
11.09.2023
A+
A-

 

 

 

 

No:467/23, Xarici işlər naziri Ceyhun Bayramovun Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Davor Filipoviç ilə görüşünə dair mətbuat məlumatı

 

 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Davor Filipoviç ilə görüşüb.

 

 

 

Görüşdə tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələri, elecə də enerji, informasiya texnologiyaları, turizm, əczaçılıq, minatəmizləmə və digər sahələr üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

 

Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdığı məmnunluqla vurğulanaraq qeyd olunan sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın şaxələndirilməsi və gücləndirilməsi üçün geniş perspektivlərin olduğu, bu istiqamətdə iki ölkə arasında təmasların artırılmasının vacibliyi diqqətə çatdırılıb.

 

 

 

İqtisadi Əməkdaşlığın Təşviqi üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin, o cümlədən hər iki ölkədə qarşılıqlı investisiya imkanlarının öyrənilməsi və inkişaf etdirilməsi, perspektiv əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişlənməsi məqsədilə müvafiq nazirliklərin nümayəndələrinin işgüzar səfərlərinin təşkilinin əhəmiyyətini vurğulanıb. Xorvat iş adamları ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət olunub, Ələt Azad İqtisadi Zonanın bu istiqamətdə əhəmiyyəti diqqətə çatdırılıb.

 

 

 

Nazir Ceyhun Bayramov Azərbaycanın Orta Dəhlizin potensialının genişləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər barədə qarşı tərəfi məlumatlandıraraq Xorvatiyanın tranzit operatorları və logistika şirkətləri üçün Orta Dəhlizin təqdim etdiyi fürsətlərdən yararlanmaq üçün çoxsaylı əlverişli imkanlardan bəhs edib.

 

 

 

Görüşdə tərəflər, həmçinin post-münaqişə dövründə xorvat şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində reallaşdırılan layihələr üzrə əməkdaşlıq istiqamətləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

 

Paylaş
BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no46723

 

 

REKLAM ALANI