Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Giresun °C

Rotterdamdakı icmamız kikboksinq yarışında tanınmış idmançımıza azarkeşlik dəstəyi nümayiş etdirib

Rotterdamdakı icmamız kikboksinq yarışında tanınmış idmançımıza azarkeşlik dəstəyi nümayiş etdirib
REKLAM ALANI
25.08.2023
A+
A-

 

 

 

Rotterdamdakı icmamız kikboksinq yarışında tanınmış idmançımıza azarkeşlik dəstəyi nümayiş etdirib

 

 

2023

Rotterdamdakı icmamız kikboksinq yarışında tanınmış idmançımıza azarkeşlik dəstəyi nümayiş etdirib

 

 

 

Niderland Krallığında yaşayan Azərbaycan icması Rotterdam şəhərində keçirilmiş kikboksinq üzrə mötəbər turnirdə azərbaycanlı idmançı Bəhram Rəcəbzadəyə azərkeşlik dəstəyi göstərib.

 

 

 

 

“Benilüks Azərbaycanlıları Konqresi”nin rəhbəri Elsevər Məmmədov bildirib ki, dünyanın ən nüfuzlu kikboksinq təşkilatlarından biri olan “Glory 87”-nin təşkil etdiyi yarışda Azərbaycan Kikboksinq Federasiyasını təmsil edən, ayağından aldığı zədəyə baxmayaraq parlaq çıxış nümayiş etdirən Bəhram Rəcəbzadənin rəqibləri üzərində inamlı qələbə qazanması soydaşlarımızın böyük sevinci və çosğusu ilə qarşılanıb.

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yarışlara hazırlaşan Bəhram Rəcəbzadə bu qələbəsi ilə “GLORY” təşkilatının mütləq çəkidə möhtəşəm 8-lik turnirinə vəsiqəni təmin edib.

 

 

 

 

Qeyd edək ki, Bəhram Rəcəbzadə 1991-ci ildə Qərbi Azərbaycan ostanının Urmiya şəhərində anadan olub. 7 yaşından idmanla məşğul olan soydaşımız ilk nailiyyətini 10 yaşında əldə edib. Kikboksinq üzrə 3 qat İran çempionu və 8 qat super liqa çempionudur. 2015-ci idən Azərbaycana dəvət alan idmançı 2016-cı ildə kikboksinq üzrə Azərbaycan çempionu olub. Hazırda beynəlxalq yarışlarda Azərbaycanı təmsil edir.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/rotterdamdaki-icmamiz-kikboksinq-yarisinda-taninmis-idmancimiza-azarkeslik-desteyi-numayis-etdirib-3389

 

 

REKLAM ALANI