Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Giresun °C

“Leylanın skripkası” filminin rejissoru olan yəhudi əsilli yazıçı “Eurovision Book” müsabiqəsində Azərbaycanı təmsil edib

“Leylanın skripkası” filminin rejissoru olan yəhudi əsilli yazıçı “Eurovision Book” müsabiqəsində Azərbaycanı təmsil edib
REKLAM ALANI
22.06.2023
A+
A-

“Leylanın skripkası” filminin rejissoru olan yəhudi əsilli yazıçı “Eurovision Book” müsabiqəsində Azərbaycanı təmsil edib
, 2023

 

 

“Leylanın skripkası” filminin rejissoru olan yəhudi əsilli yazıçı “Eurovision Book” müsabiqəsində Azərbaycanı təmsil edib

 

 

ABŞ-da yaşayan yəhudi əsilli musiqiçi, bəstəkar və yazıçı Ella Leya “The Orphan Sky” (“Kimsəsiz səma”) adlı kitabı ilə “Eurovision Book” müsabiqəsində Azərbaycanı təmsil edib.

 

 

 

“Hay Festival of Literature & Arts” illik ədəbiyyat festivalının xüsusi layihəsi olan “Eurovision Book” müsabiqəsi Uelsdə 25 may – 4 iyun tarixlərində keçirilib. Bu layihə Avropanın ən parlaq ədəbiyyatından bəhs etmək məqsədilə təşkil olunub. Müsabiqənin yeganə şərtinə görə, kitablar 1956-cı ildən (“Eurovision” mahnı müsabiqəsinin keçirildiyi ilk il) öncə nəşr olunmamalıdır. Müsabiqə çərçivəsində “Eurovision song contest-2023”də iştirak edən 37 ölkədən minlərlə oxucu arasında sorğu keçirilib. Oxucular istənilən janrda və istənilən dildə yazılmış sevimli bədii əsərlərini seçiblər.

Ella Leya bildirib ki, münsiflərin qərarına əsasən, onun əsəri seçilmiş kitablar siyahısına daxil edilib. “Kitabım “Eurovision Book” müsabiqəsində Azərbaycanı təmsil etmək üçün seçilib. Mən həqiqətən təsirləndim…”, – deyə Ella Leya bu xoş xəbərlə bağlı təəssüratlarını bölüşüb.

 

 

 

 

“The Orphan Sky” romanı 2015-ci ildə çap olunub. Real hadisələr əsasında yazılmış əsərdə sovet Azərbaycanında yaşadığı dövrdə istedadlı gənc pianoçu Leyla Bədəlbəylinin həyat və yaradıcılıq yolunda qarşılaşdığı çətinliklərdən bəhs edilib. Müəllif sovet rejiminin doğurduğu paranoyalı və qapalı həyat tərzi həqiqətlərini məharətlə, eyni zamanda soyuq müharibə dövrünün casus fantastikasının pərəstişkarlarını əyləndirəcək şəkildə qələmə alıb. Bu əsər Cavidan Ağayevin orijinaldan Azərbaycan dilinə tərcüməsində “Kimsəsiz səma” adı ilə nəşr olunub. Kitabın redaktorları Etimad Başkeçid və Salam Sarvandır.

Azərbaycanda Ella Leya həm də rejissoru olduğu “Leylanın skripkası” qısametrajlı bədii filmi ilə tanınır. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə film İngiltərə paytaxtının tarixi məkanlarından biri olan “Regent Street Cinema”da təqdim olunub.

Bu film Monako Film Festivalında “Mələk” (“Angel”) mükafatının qalibi olub.

 

 

 

 

 

Xatırladaq ki, Azərbaycan-ABŞ bəstəkarı, musiqiçisi və yazıçısı kimi tanınan Ella Leya Bakı şəhərində doğulub. 1990-cı ildə ABŞ-a mühacirət edərək, bu ölkədə məskunlaşıb. “Qadınların sirli həyatı”, “Gecə kraliçası” və digər albomları olan sənətçinin əsərləri Hollivudun müxtəlif məşhur filmlərində səsləndirilməkdədir.

https://www.hayfestival.com/eurovision-book-contest/

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

Kaynak:https://diaspor.gov.az/az/news-detail/leylanin-skripkasi-filminin-rejissoru-olan-yehudi-esilli-yazici-eurovision-book-musabiqesinde-azerbaycani-temsil-edib-3130

REKLAM ALANI