Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Giresun °C

Kanadada “Türk İrsi Ayı” münasibətilə tədbir keçirilib

Kanadada “Türk İrsi Ayı” münasibətilə tədbir keçirilib
REKLAM ALANI
16.04.2024
A+
A-

Kanadada “Türk İrsi Ayı” münasibətilə tədbir keçirilib

2024

 

 

 

 

Kanadada “Türk İrsi Ayı” münasibətilə tədbir keçirilib

Kanada Azərbaycan icmasının üzvləri Kanadada oktyabr ayının “Türk İrsi Ayı” kimi tanınması ilə bağlı “Bill C-384” qanun layihəsinin təqdimat mərasimində iştirak ediblər.

Tədbirə həmvətənlərimizlə yanaşı, Kanada parlamentinin üzvləri Brayan Masse (Biran Masse), Rob Olifant (Rob Oliphant), Salma Zahid, Françesko Sorbara (Francesco Sorbara), Ya’ara Saks, Paul Çianq (Paul Chiang), Culi Dzeroviç (Julie Dzerowicz), Anita Indira Anand, senator Viktor Oh, Türkiyənin Kanadadakı səfiri Esra Demir və digər rəsmi şəxslər qatılıblar.

Çıxışçılar Kanadadakı türk icmalarının “Türk İrsi Ayı” çərçivəsində öz mədəniyyətlərini geniş təbliğ etmək imkanı qazanacaqlarını bildiriblər.

Tədbirdə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri, Kanada Azərbaycan Evinin icraçı direktoru Lalin Həsənovanın və evin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin rəqs müəllimi Orxan İslamovun təşkilatçılığı ilə məktəbin şagirdləri “Dağlar Gözəli”, “Naz eləmə” rəqslərini ifa ediblər.

Qeyd edək ki, qanun layihəsi deputat Brayan Massenin (Brian Masse) dəstəyi ilə hazırlanıb Kanada parlamentinə təqdim olunub. Layihə Kanada parlamentində müzakirə mərhələsindədir.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/kanadada-turk-irsi-ayi-munasibetile-tedbir-kecirilib-4543

 

 

REKLAM ALANI