Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Giresun °C

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Bugün Azərbaycan dili və əlifbası ölkənin milli kimliyini qoruyur”, ÖZEL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov,  “Bugün Azərbaycan dili və əlifbası ölkənin milli kimliyini qoruyur”, ÖZEL
REKLAM ALANI
02.08.2024
A+
A-

Azərbaycan Millət vəkili Məşhur Məmmədov,

“Bugün Azərbaycan dili və əlifbası ölkənin milli kimliyini qoruyur”, ÖZEL

Açıklama yok.

Millet vekili Meşhur Memmedov,

1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Bu gün ölkənin mədəni və dil mirasının qorunması və təbliği məqsədilə qeyd edilir. 1 avqust Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıyan və dilin, əlifbanın qorunmasına, təbliğinə və inkişafına yönəlmiş bir bayramdır. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Azərbaycan əlifbası və Azərbaycan dili günü 2001-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə təsis edilmişdir. Bu günün qeyd edilməsi milli dilin və mədəniyyətin qorunması və inkişafı üçün əhəmiyyətlidir. 1 avqustun seçilməsi, Azərbaycanda latın qrafikasına keçidin tamamlanması ilə əlaqədardır. 1992-ci ildə Azərbaycanda kiril əlifbasından latın qrafikalı əlifbaya keçid prosesi başlamış və 2001-ci ildə tamamilə başa çatmışdır. Dil bir millətin kimliyinin və mədəniyyətinin əsas elementlərindən biridir. Azərbaycan dili və əlifbası ölkənin milli kimliyinin qorunmasında mühüm rol oynayır. Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” sözlərinin müəllifi Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Sözügedən Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Azərbaycan dili və ədəbiyyatı zəngin mədəni irsə malikdir. Bu gün vasitəsilə dilin təbliği və qorunması istiqamətində addımlar atılır. Gənc nəsillərə dilin və əlifbanın önəmini anlatmaq, onları milli-mənəvi dəyərlərə bağlı yetişdirmək üçün maarifləndirici tədbirlər keçirilir. Məqaləmi Müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyevin çıxışlarından birində dilimizin zənginliyi və qorunmasının vacibliyi barədə dediyi sözlərlə yekunlaşdırıram: “Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummillli Lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummmili Liderin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur.”

 

Ülker PİRİYEVA/AZERBAYCAN

, , , , , , , , , , ,

REKLAM ALANI