Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Giresun °C

Almaniyalı alim Dr. Hessin “Spiegel” jurnalına məktubu: “İrəvanda 1918-ci ilədək erməni hökmdarlığı olmayıb”

Almaniyalı alim Dr. Hessin “Spiegel” jurnalına məktubu: “İrəvanda 1918-ci ilədək erməni hökmdarlığı olmayıb”
REKLAM ALANI
18.01.2023
A+
A-

 

 

 

Almaniyalı alim Dr. Hessin “Spiegel” jurnalına məktubu: “İrəvanda 1918-ci ilədək erməni hökmdarlığı olmayıb”
17 yanvar, 2023
Almaniyalı alim Dr. Hessin “Spiegel” jurnalına məktubu: “İrəvanda 1918-ci ilədək erməni hökmdarlığı olmayıb”
Almaniya mediasında Azərbaycana qarşı yayımlanan audioreportaja (podkast) layiqli cavab verilib. Belə ki, son illər aparılmış məqsədyönlü fəaliyyət nəticəsində ölkəmizə dost münasibəti bəsləyən və Azərbaycanla bağlı mükəmməl tarixi biliklərə sahib əcnəbi alimlərdən biri olan almaniyalı tədqiqatçı Dr. Mixael Reynhard Hess ölkəmiz əleyhinə böhtanlarla dolu reportajı əsaslandırılmış faktlarla darmadağın edib.

Qeyd edək ki, Almaniyanın “Spiegel” jurnalının beynəlxalq mövzularda yayımlanan “8 milyard” başlıqlı audioreportajları sırasında aparıcı Olaf Heuser yanvarın 14-də növbəti podkastını Azərbaycan-Ermənistan münasibətlərinə həsr edib (https://www.spiegel.de/thema/podcast-acht-milliarden/). “Dağlıq Qarabağın blokadasının Rusiya müharibəsi ilə nə əlaqəsi var?” başlıqlı audioreportajda Ermənistan və Azərbaycan arasındakı keçmiş münaqişənin tarixi və hazırkı vəziyyəti, o cümlədən azərbaycanlı ekofəalların Laçın dəhlizi ətrafındakı etiraz aksiyası, Azərbaycanın siyasi rəhbərliyi tərəfindən irəli sürülən Qərbi Azərbaycan konsepsiyası məsələləri əks olunub. 33 dəqiqəlik podkast tamamilə təhrif olunmuş və yalnız erməni mövqeyindən hazırlanıb, bir İrəvan sakini və Anna Aridcanyan adlı bir erməni jurnalistdən isə “zamin qismində” müsahibə alınıb.

Almaniyalı alim, “Şuşanın irsi” kitabının müəllifi Dr. Mixael Reynhard Hess təhriflərlə dolu və qeyri-peşəkar hazırlanmış reportajla bağlı “Spiegel”in redaksiyasına geniş həcmli, etiraz məzmunlu oxucu məktubu göndərib.

Dr. Hess oxucu məktubunda Qarabağın “Spiegel” jurnalı tərəfindən səhvən “eksklav” kimi təqdim olunması ilə bağlı 44 günlük müharibə dövründən bəri dəfələrlə etiraz məktubları göndərdiyini vurğulayıb. Onun fikrincə, audioreportajın əsas məğzi ermənilərin yalnız qurban kimi, azərbaycanlıların isə əksinə – avtokrat və cinayətkar kimi təqdim edilməsi olub. Bütün veriliş ərzində Dağlıq Qarabağ dedikdə, yalnız orda yaşayan ermənilər nəzərdə tutulur, bu regionun 1990-cı illərdə Ermənistan tərəfindən işğal olunmasına qədər “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə 40 000 azərbaycanlının yaşaması, ümumiyyətlə, dilə gətirilmir. Ermənistan təcavüzünün qurbanı olan azərbaycanlılar Heuser tərəfindən “əhəmiyyətsiz məsələ”, “ikinci dərəcəli qurban” kimi bir dəfə belə olsun, xatırlanmır.

M.Hess qeyd edib ki, “audioreportaj 100% Azərbaycansız Qarabağ təqdim etməklə tam olaraq Ermənistanın etnik təmizləmə siyasəti mənasında yayımlanıb”. Bununla aparıcı Heuser Ermənistanın 1990-cı illərdə həyata keçirdiyi müharibə cinayətini dolayısı ilə legitimləşdirmiş olub.

Dr. Hess Qarabağın Arsax kimi təqdim edilməsinə də məhz erməni elmi mənbələrindən sitat gətirməklə münasibət bildirərək, bu sözün son 1000 il ərzində, XI əsrdən 1990-cı illərin əvvəllərinə kimi administrativ-hüquqi termin kimi işlənmədiyini faktlarla sübut edib. Qarabağın tarixi ilə bağlı bir neçə kitabın müəllifi Hess Olaf Heuseri “Ermənistanı tarixi mifologiyasını tarixi reallıqla dəyişik salmaqda” ittiham edib.

Heuser reportaj boyu erməni əsilli jurnalist həmkarı Anna Aridcanyana etiraz etmədən tam şərait yaradıb ki, bugünkü Ermənistan dövlətinin Azərbaycan tərəfindən Qərbi Azərbaycan kimi təqdim edilməsinə istehzalı münasibət bildirsin. Dr. Hess Səfəvilər dövlətinin tarixinə (1501-1736) ekskurs etməklə, o dövrdə İrəvan bəylərbəyliyinin mövcud olduğunu və orada yaşayanların əksəriyyətinin Azərbaycan dilli müsəlmanlardan ibarət olduğunu vurğulayır, XVIII əsrdə İrəvan xanlığının mövcudluğunu və onun 1828-ci ildə Rusiya tərəfindən ləğv olunduğunu fakt kimi təqdim edərək yazır ki, “İrəvan/Yerevan şəhərinin ermənilərin Ararat Respublikasının idarəçiliyinə keçməsi tarixdə ilk dəfə 28 may 1918-ci ildə baş verib. Hətta bu məsələnin tarixi və hüquqi legitimliyi Azərbaycan tərəfindən şübhə altına alınır. Bu mənada İrəvan xanlığının ərazisi və ətrafının Qərbi Azərbaycan kimi təqdim edilməsinin Heuser və Aridcanyan cütlüyü tərəfindən sual altına alınması absurddur. Çünki ermənilərin 1918-ci il Ararat Respublikasınadək iddia etdiyi erməni dövləti 1375-ci ildə süqut etmiş Kilikiya knyazlığıdır ki, erməni iddialarına baxmayaraq, bu dövlətin paytaxtı Türkiyədə yerləşən Sis şəhəri olub. Bütün bunlar bir daha sübut edir ki, İrəvanda heç bir erməni hökmdarlığı olmamışdır və bu ərazilərin Azərbaycanın qərb hissəsi kimi göstərilməsi daha legitimdir”.

Dr. Hess reportajda şəxslərə yönəlmiş emosionallığı qətiyyətlə pisləyərək bildirib ki, Azərbaycan Respublikasının Prezidentinə qarşı olan bu hücumlar Azərbaycanın öz ərazisini geri qaytarmaq hüququnun legitimliyini sual altına qoymaq niyyəti ilə edilib: “Qarabağda aktual məsələ ermənilərin qovulması yox, oranı separatçılardan və işğalçılardan təmizləməkdir”. Hess yazır ki, oxşar fəaliyyətin Zelenski tərəfindən olunması sivil dünya tərəfindən alqışlanır. Maraqlıdır ki, podkast müddətində Paşinyanın adı bir dəfə də olsun, çəkilməyib, amma Aridcanyana şərait yaradılır ki, Ukrayna müharibəsi ərəfəsində Prezident Əliyevin Prezident Putinlə xoş atmosferdə görüşməsini tənqid etsin. Dr. Hess oxucu məktubunda Almaniya kansleri Olaf Şoltsun da Moskvada Putinlə oxşar görüşünü xatırladaraq bildirir ki, dövlət başçılarının görüşü diplomatiyada adi haldır. Yəni Azərbaycan Prezidentinin əleyhinə dəqiqələrlə edilən “əsassız arqumentlərin külək dolu boş polemikadan başqa bir şey olmadığı” üzə çıxır.

“Spiegel” podkastının ziddiyyəti ondadır ki, başlıqda Azərbaycanı “Dağlıq Qarabağın blokadasında” ittiham edir, reportaj boyu isə bunu rusların barrikadalar qurmaqla etdiyini bildirir.

Dr. Hess oxucu məktubunun sonunda jurnalistin həm də seçdiyi veriliş formatı ilə öz imkanının sərhədlərini aşdığını tənqid edib, Almaniyanın fikir formalaşdıran jurnalistlərini lazımi bilgilərə malik olmadıqları mövzu barədə və danışmamağa çağırıb.

Qeyd edək ki, dr. Mixael Reynhard Hess 25 ildən çoxdur Azərbaycanı tədqiq edən almaniyalı alimdir. Dr. Hess “Tanklar cənnətdə. Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi”, “Qarabağ 13-cü əsrdən 1920-ci ilədək. Azərbaycan tarixinin açılımı” və “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kimi kitabların müəllifidir.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/almaniyali-alim-dr-hessin-spiegel-jurnalina-mektubu-quot-irevanda-1918-ci-iledek-ermeni-hokmdarligi-olmayib-quot-2189

 

 

REKLAM ALANI